COVID-19: Fransada koronavirusdan 29 minə yaxın ölüm qeydə alınıb

COVID-19: Fransada koronavirusdan 29 minə yaxın ölüm qeydə alınıb

Fransada COVID-19 epidemiyası 29 minə yaxın can alıb. Ölkədə epidemiya başlayandan 18 439 ölüm faktı xəstəxanada, 10 327-si isə qocalar evlərində qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, son 24 saat ərzində ölkədə 54 ölüm faktı qeydə alınıb. Xəstəxanalara yerləşdirilmiş 14 380 koronavirus xəstəsindən 1 361-i reanimasiya şöbələrindədir. Son sutka ərzində xəstəxanalara 227 yeni xəstə qəbul edilib.

Fransada son bir sutka ərzində 1828 yoluxma faktı olmaqla ümumilikdə 151 496 insanın yeni koronavirusa yoluxduğu təsdiqlənib.

Mayın 11-dən təcridolma rejimindən tədricən çıxmağa başlayan ölkədə 109 yeni qrup yoluxması aşkarlanmasına baxmayaraq, epidemiyanın yenidən baş qaldıracağı hesab edilmir.

Mənbə: azertag.az