Qusarda ikinci sinif şagirdini külək öldürüb?

Qusarda ikinci sinif şagirdini külək öldürüb?

N.Həbibovun sözlərinə görə, hadisənin güclü külək nəticəsində baş verdiyi söylənilsə də, hələlik bu versiya dəqiq deyil.

Qusarda bədbəxt hadisə nəticəsində 2-ci sinif şagirdi dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a Piral Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nöhbala Həbibov məlumat verib. Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib. Ev sahibi Şeydayev Valəddin Nəsrəddin oğlunun həyətində 2 övladı - 10 yaşlı Ramal Şeydayev və 6 yaşlı Gülay Şeydayeva, eləcə də qonşu Çingiz Əlisoltanovun övladı, 2-ci sinif şagirdi Arif Əlisoltanov oynayan zaman hasar və dəmir qapı uçaraq uşaqların üzərinə düşüb.

Hadisə nəticəsində 8 yaşlı A.Əlisoltanov dünyasını dəyişib. Bacı-qardaş isə dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. N.Həbibovun sözlərinə görə, hadisənin güclü külək nəticəsində baş verdiyi söylənilsə də, hələlik bunu iddia etmək düzgün deyil.

Hadisə Qusar rayon Prokurorluğunda araşdırılır.

Mənbə: sputnik.az