Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası keçirilir

Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası keçirilir

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda aksiya keçirilir.

APA-nın Britaniya bürosunun "Sky News"a istinadən verdiyi xəbərə görə, yüzlərlə insan Londonun mərkəzindəki Trafalgar Meydanında və “Westminster”də parlament binasının qarşısında toplaşıb.

Aksiya iştirakçıları “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə yer yoxdur!” və “Mən nəfəs ala bilmirəm!” kimi şüarların yazıldığı plakatlar tutublar. Bəzi aksiya iştirakçılarının koronavirusla bağlı sosial məsafəyə əməl etmədiyi müşahidə edilib.

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.

Mənbə: apa.az