Avtobusa bomba qoyuldu: Onlarla ölü və yaralı var

Avtobusa bomba qoyuldu: Onlarla ölü və yaralı var

Somalidə mikroavtobusa bomba qoyulub.

Cebhe.info xəbər verir ki, Aşağı Şebelle Bölgə Təhlükəsizlik Müdiri Hüseyn Abdi Əli verdiyi açıqlamada Hava Abdi bölgəsində mülki şəxsləri daşıyan mikroavtobusa bomba ilə hücumu edildiyini söyləyib. Hüseyn Abdi Əli hücumda 10 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.

Somali hökumətinin sözçüsü İsmayıl Muxtar Oronjo yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduqlarını bildirib. Hələlik hücum üçün məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Qeyd edək ki, terror təşkilatı "Eş-Şəbab" bölgədə tez-tez oxşar hücumlar həyata keçirir. Ölkənin cənubundakı bir çox kənd və qəsəbəni ələ keçirən "Eş-Şəbab" tez-tez təhlükəsizlik işçiləri və mülki şəxsləri hədəf alan hücumlar təşkil edir.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info