Minnesota ştatında komendant saatı uzadıldı

Minnesota ştatında komendant saatı uzadıldı

Minnesotada afroamerikalı Corc Floydun ölümündən sonra davam edən iğtişaşlar zamanı komendant saatı qüvvədə qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Walz Twitter səhifəsində yazıb.

O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlər ştatda bazar günü saat 20.00-dan bazar ertəsi səhər saat 6.00-dək tətbiq ediləcək.

Bundan əvvəl, bir çox şəhərdə 30 may şənbə günü, axşam saatlarında ölkənin şəhərlərində etirazların yayılması səbəbiylə komendant saatı tətbiq edilib.

ABŞ-dakı iğtişaşlar mayın 25-də Minneapolisdə afroamerikalı Corc Floydun bir polis əməkdaşı tərəfindən öldürülməsindən sonra baş verir.

Həmin gün həbs zamanı polis məmuru dizi ilə kişinin boynunu sıxıb. Floyd boğulduğunu qışqırıb, amma polis buna əhəmiyyət verməyib. Nəticədə kişi reanimasiyada dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az