Görünməyən svetofor daha bir qəzaya səbəb oldu - VİDEO

Təxmini bir ay öncə svetoforun qırmızı işığından keçən sürücü bir neçə nəfərin vədat etdiyi qəzaya səbəb olmuşdu.
YPX.AZ komandası qəzanın baş verdiyi kəsişmədə çəkiliş aparmış və həmin ərazidə baş verən qəzaya, ağacların əhatəsində qalaraq görünməyən svetoforların səbəb ola biləcəyini vurğulamışdı.
Artıq məsələnin üstündən təxmini bir aylıq zaman keçməsinə baxmayaraq haqqında danışdığımız kəsişmədə heç bir dəyişiklik yoxdur.
Sözügedən ərazi, yəni Bəkir Çobanzadə və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində hələ də svetoforların önü ətrafdakı ağaclar tərəfindən örtülür və sürücülərin svetoforu görməməsinə səbəb olur ki, bu da qəzaların baş verməsinə şərait yaradır. Nəticədə isə ağır qəzalar baş verir və insan ölümləri olur.
Bir neçə gün öncə isə həmin kəsişmədə daha bir qəza hadisəsi baş verib.
Belə ki, həmin kəsişmədə svetoforun qırmızı işığından keçən bir nəqliyyat vasitəsi digəri ilə toqquşub.
“Hyundai” markalı yük avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşması nətcəsində avtomobillərə ciddi ziyan dəyib.
Hadisədə xəsarət alanın olmadığı məlumatı verilsə də, baş verən qəzanın sözügedən kəsişmədə olması yenə də diqqətləri bir neçə metr məsafəyə qədər qətiyyən görünməyən svetoforlara yönəldir.
Hər baş verən qəzada bir qayda pozuntusu, sürücü diqqətsizliyi olur, bununla razıyıq. Ancaq yol istismar qaydalarına tam cavab verdiyi təqdirdə sürücülər arasında haqlı və ya günahkarın kim olduğunu araşdırmaq anlamlı olar.
Qaydalar çərçivəsində təhlükəsizlik normalarına cavab verməyən yolda hansı sürücünün günahkar olduğu elə də önəm kəsb etmir. Çünki, yol doğru formada nizamlanmadığı təqdirdə qəzalar qaçınılmazdır. Və bu qəzalarda günah hansısa qrumun deyil, günah yenə də sürücüdə qalacaq.

 

 

Ypx.az

ƏVVƏLKİ XƏBƏR

“Marsa enəcəyik, tarixin nəhəng silahını yaradacağıq” - ABŞ prezidenti

SONRAKI XƏBƏR

Payızda qrip yayıldıqca: Virus daha təhlükəli olacaq