Kolumbiyada baş verən partlayış nəticəsində iki nəfər yaralanıb

Bakı. Trend:

Kolumbiyanın paytaxtında baş verən partlayış nəticəsində ən azı iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "La FM" radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Boqotanın mərkəzi rayonlarının birində səhər saatlarında baş verib. Partlayış nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar ən yaxın xəstəxanaya çatdırılıblar.

Hakimiyyət orqanları istintaqa başlayıb. İlkin məlumatlara görə, hadisənin cinayətkar dəstələr arasında qarşıdurma nəticəsində baş verməsi ehtimal olunur.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 300 minə yaxın şəxs koronavirus testindən keçirilib

SONRAKI XƏBƏR

Avropa Güləş Federasiyasının prezidenti vəfat etdi