Çikaqoda etirazlar zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılan afrikoamerikalı Corc Floydun ölümündən sonra Çikaqo (İllinoys ştatı) şəhərində başlayan etirazlar zamanı bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya şirkəti polisə istinadən bildirib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, nümayişçilərlə toqquşmalarda 240 nəfər saxlanılıb, 20-dən çox polis yaralanıb.

Xatırladaq ki, Corc Floydun ölümü ilə əlaqədar bu həftənin əvvəlində Minneapolis şəhərində (Minnesota ştatı) başlayan etiraz aksiyaları iğtişaşlara çevrilib və ABŞ-ın onlarla böyük şəhərinə yayılıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Süleyman Soylu: “Ölkə daxilində 14 terrorçu zərərsizləşdirilib”

SONRAKI XƏBƏR

İspaniyada son sutkada 100-dən az yoluxma qeydə alındı