“Amanda” qasırğası 9 nəfərin ölümünə səbəb olub

“Amanda” qasırğası 9 nəfərin ölümünə səbəb olub

Güclü “Amanda” qasırğası Salvadorda ölümə səbəb olub.

“Report” “EFE” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Mario Duran bəyan edib.

“Hazırda təbii fəlakət nəticəsində ölənlərin sayı hesablanır. Hələ ki, doqquz vətəndaşın ölməsi barədə məlumat daxil olub”, o bildirib.

Nazir əlavə edib ki, qasırğa ilə əlaqədar ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişini müvəqqəti dayandırılıb.

Bundan əvvəl Salvador prezidenti Nayib Bukele qasırğa səbəbiylə 15 gün müddətinə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Mənbə: report.az