İtaliyada ötən gün 355 nəfər koronavirusa yoluxub

İtaliyada ötən gün 355 nəfər koronavirusa yoluxub

İtaliyadakı son sutka ərzində koronavirusdan 75 nəfər ölüb, 355 nəfər yoluxub. Ötən gün isə bu rəqəm 111 idi.

APA-nın “USA Today”ə istinadən verdiyi məlumata görə, reanimasiyaya yerləşdirilənlərin sayında da azalma müşahidə edilib - 435 nəfər.

Ölkə üzrə ölənlərin ümumi sayı hazırda 33415 nəfərə, yoluxma hallarının sayı isə 233019-a çatıb. 157 507 nəfərin sağaldığı bildirilir.

Qeyd edək ki, 60 milyon əhalisi olan İtaliyada 2 milyon 434 min nəfər koronavirus testindən keçib.

Mənbə: www.realtv.az