Ucarda “Opel” anidən alışaraq yanıb

Ucarda “Opel” anidən alışaraq yanıb

Ucarda “Opel” markalı maşın yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Alpout kəndi ərazisində baş verib.

1990-cı il təvəllüdlü Cəlal Allahverdi oğlu Səlimova məxsus minik maşını dayandığı yerdə anidən alışıb.

Hadisə yerinə Ucar və Zərdab rayonundan yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də, sürücünün maşında olan bütün sənədləri yanıb.

İlkin ehtimala görə, hadisəyə qısa qapanma səbəb olub.

Fakt araşdırılır.

Mənbə: apa.az