ABŞ-da etiraz dalğası ölkəni bürüyür

ABŞ-da etiraz dalğası ölkəni bürüyür

Keçən həftənin əvvəlində ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra başlanmış etiraz dalğası bütün ölkəni bürüməkdədir. Min­nesota ştatından start götürmüş etirazlar artıq onlarla şəhərə yayılıb. Məlumatı TASS verib.

Məlumata görə, federal və yerli hakimiyyət orqanları insanları sakitləşdirməyə çalışır, eyni zamanda, bəzi ştatlarda komendant saatı tətbiq edilir, ABŞ Milli Qvar­diyasının polisi cəlb edilir. Etirazçıların polislərə atəş aç­dığı, küçələrə və binalara od vurduğu, mağazaları dağıtdı­ğı bildirilir.

Artıq ilk qurbalar haq­qında da məlumatlar yayılır. Onların arasında polislər də var. Şənbə günü Oklenddə Federal Mühafizə Xidmətinin əməkdaşı öldürülüb. Şəhər polisi bildirib ki, hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb. Det­roytda (Miçiqan ştatı) 19 yaşlı gənc naməlum şəxsin avtomobildən kütləyə açdığı atəşlə öldürülüb. İndianapolisdə bir nəfər ölüb, üçü yaralanıb.

Ayrı-ayrı şəhərlərdə avtomobillərin kütlə üzərinə yeridilməsi halları baş verib, nəticədə həm nümayişçilər, həm də polislər arasında ölənlər olub. Jurnalistlər də zərər çəkiblər. Ölkə üzrə 1500-dən artıq insan saxla­nılıb.

Minnesota qubernatoru Milli Qvardiyanın ştatdakı əməkdaşlarını tamamilə səfərbər edib. Sonra başqa ştatlarda, o cümlədən Kalifor­niyada, Corciyada, Ohayoda, Koloradoda, Viskonsində, Kentukkidə, Yutada, Texasda analoji qərarlar qəbul edilib. İyirmi beşdən artıq şəhərdə komendant saatı tətbiq edilib.

Polislər etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, Müdafiə Nazirliyi isə bir neçə hərbi hissəni tam hazırlıq vəziyyətinə gətirib.

Prezident Donald Tramp əhalini sakitliyə dəvət edib. O, Floydun ölümünü faciə ad­landırıb və onun qohumlarına başsağlığı verib.

Xatırladaq ki, Floyd polis əməkdaşlarının onu yerə yıxaraq güc tətbiq etməsi nəticəsində ölüb. Hadisədən sonra dörd polis əməkdaşı işdən azad edilib.

Mənbə: xalqqazeti.com