Nyu-York merinin qızı saxlanıldı

Nyu-York merinin qızı saxlanıldı

Bill De Blazio və Çiara de Blazio

ABŞ-ın Nyu-York şəhərinin meri Bill De Blazionun 25 yaşlı qızı Çiara de Blazio 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün saxlanılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, “NY1” televiziya kanalı məlumat verib.

Kanalın bildirdiyinə görə, merin qızı Brodvey və 12-ci prospektlərin kəsişməsində toplaşan nümayişçilərin içində olub.

Onlar polisin əmrinə tabe olmadıqlarına görə saxlanılıblar.

Lakin Çiara de Blazio qısa müddət sonra istintaq təcridxanasından azad edilib.

Mənbə: report.az