Xalası qızını döyərək xəstəxanalıq etdi

Xalası qızını döyərək xəstəxanalıq etdi

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Sarıyeva İlhamə İman qızı kələ-beyin tranması ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az