ABŞ-da provokasiya: İğtişaşlar belə başladı - Video

ABŞ-da provokasiya: İğtişaşlar belə başladı - Video

ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra başlanan qarşıdurmalarla bağlı inanılmaz iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə adı açıqlanmayan bir qadın provokasiyanın naməlum 6 ağdərili tərəfindən başladıldığını bildirib.

Qadın bildirib ki, sözügedən şəxslər dinc aksiya keçirən qaradərililəri iğtişaşlara təşviq edib. Qaradərili qadınlar bu vandallığı dayandırmalarını tələb etsə də, onlar məhəl qoymayıb.

Qadın polislərin etirazçılara tətbiq etdiyi zorakılığa da toxunub:

“Polislər əraziyə şəbəkəpozucu aparatlar gətirdi və insanların canlı yayım etməsinə mane oldu. Canlı yayım etmək çətin idi. İnsanların nə baş verdiyini bilmələrini istəmirdilər. Həmçinin polislər insanlara rezin güllələrlə atəş açdı və təcili yardımın əraziyə gəlişinə qadağa qoydu”.

Mənbə: axar.az