Qazaxıstanda daha 450 nəfər koronavirusa yoluxdu

Qazaxıstanda daha 450 nəfər koronavirusa yoluxdu

Son bir gündə Qazaxıstanda 450 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə iyunun 1-də koronavirusla mübarizə üzrə əməliyyat qərargahından bildirilib

Beləliklə, gündəlik artım 4,1% təşkil edib.

Pandemiyanın başlanğıcından bəri ümumilikdə 11308 koronavirus xəstəliyi qeydə alınıb, onlardan 5404 xəstə sağalıb, 41 nəfər ölüb.

Mənbə: konkret.az