Floydun ölümünə səbəb olan polis zabiti bu gün məhkəməyə çıxarılır

Floydun ölümünə səbəb olan polis zabiti bu gün məhkəməyə çıxarılır

Minesota ştatı Mineapolis şəhərində başlayan etirazlar ABŞ-ın 30 dan çox şəhərinə yayılıb

Paytaxt Vaşinqton 2 – ci gündür ki, zorakı və dağıdıcı etirazlara məruz qalıb.

Ağ ev ərazisi tanınmaz hala qalıb. Etirazçılar əllərinə keçənləri yandırır, şəxsi əmlakları dağıdır, şüşələri sındırır, avtomobillərə od vurub yandırırlar.

Bazar axşamı – 31 May tarixində Vaşinqtonun Meri Myuriel Bovzer Paytaxt Vaşinqtonda komnedant saatı elan etdi. Bazar günü gecə saat 11-dən sonra səhər saat 6 ya qədər küçəyə çıxmaq qadağası tədbiq olunur.
Vaşinqtonun mərkəzi tanınmaz hala düşüb.

Mineapolisdə Corc Floydun ölümünə səbəb olan Derek Çauvin bu gün ( Bazar ertəsi) 1 iyun tarixində hakim qarşısına çıxarılacaq.

Floydun vəkilləri Çauvinin qəsdən adam öldürülməkdə ittiham olunmasını tələb edirlər.

Vəkillərdən biri Bencamin Crump CBS kanalına müsahibəsində Polis zabiti – Çauvinin 9 dəqiqə ərzində dizini Floydun boğazına sıxdığını, Floyd nəfəs ala bilmədiyini deməsinə baxmayaraq Çauvinin buna davam etməsinə görə bunun qəsdən adam öldürmək olduğunu deyib.

Çauvin hazırda 3 – cü dərəcəli cinayət əməlində günahlandırılır. Vəkillərin sözlərinə görə isə bu 3 yox 1-ci dərəcəli cinayətdir. Qəsdən adam öldürmək.

REAL-ın Amerika Bürosu xəbər verir.

Mənbə: www.realtv.az