ABŞ-da 4100-ə yaxın etirazçı saxlanılıb: Ölən və yaralılar var

ABŞ-da 4100-ə yaxın etirazçı saxlanılıb:  Ölən və yaralılar var

Amerika Birləşmiş Ştatlarında 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən nümayişlərdə son bir neçə gün ərzində 4100-ə yaxın nümayişçi saxlanılıb. Azvision.az -ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları ABŞ-ın 22 şəhərində keçirilir. Aksiyalarda 10 minlərlə insan iştirak edir.

Çikaqo şəhərində nümayişlərdə bir nəfər ölüb, beş nəfər güllə yarası alıb. Aksiyalar zamanı 240 nəfər saxlanılıb, nümayişçilərlə polis arasında baş vermiş toqquşmalarda 20-dən çox polis əməkdaşı xəsarət alıb.

Mənbə: azvision.az