İran İsrailin içməli su sistemində xlorun miqdarını artırmağa çalışdı…-KİBER-HÜCUM

İran İsrailin içməli su sistemində xlorun miqdarını artırmağa çalışdı…-KİBER-HÜCUM

Bu il aprelin əvvəlində İran İsrailin su təchizatı sisteminə qarşı kiber-hücum təşkil edib.

Moderator.az xəbər verir ki, İsrail mediasının yazdığına görə, beynəlxalq KİV də bu barədə informasiya yayıb.

İsrailin mərkəzindəki bələdiyyə su stansiyasılarından birində çalışanlar kompüter sistemlərində bir xəbərdarlıq görüblər. Əvvəlcə hər şey kifayət qədər zərərsiz görünüb - bir neçə nasos işini dayandırıb - bu cür qəzalar vaxtaşırı olur.

"Financial Times" qəzetinin yazdığına görə, hücumun məqsədi İsrailin içməli su təchizatı sistemində xlorun səviyyəsini qaldırmaq olub.

“İran mənbəyini gizlətmək üçün kodu ABŞ və Avropadakı serverlər vasitəsilə göndərib. Və sonda o, nasosları idarə edən su stansiyasının idarəetmə sistemlərinə çatıb”- 4 İsrail nümayəndəsi və bir Qərb mənbəyi belə iddia edir.

Qərb mənbəyi daha sonra yazır: "İranın planı israillilərin hesab etdiyindən daha mürəkkəb və yaxşı düşünülmüşdü. Hücum təhlükəsizlik sensorlarını on minlərlə yaşayış binasına su təchizatını avtomatik olaraq bağlamağa məcbur etməli idi”.

“Hücum müvəffəq olsaydı, qızmar havalarının başladığı bir vaxtda İsraildə minlərlə mənzil su mənbələrindən təcrid oluna bilərdi. Ən pis vəziyyətdə yüzlərlə qurban olması mümkün idi. Hücum müvəffəqiyyətə çox yaxın olub. Ancaq sonda nədən uğursuza düçar olduğu aydın deyil...” – deyə mənbə vurğulayır.

Mənbə: moderator.az