Çində daha 16 nəfərdə koronavirus tapıldı

Çində daha 16 nəfərdə koronavirus tapıldı

Son bir gündə Çində daha 16 nəfər koronavirusa yoluxdu.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat verir.

Həm də bir gündə virusun 16 asimptomatik daşıyıcısı qeydə alınıb, bütün yeni hallar xaricdən gələnlərdə aşkar edilib.

Çində pandemiyanın başlanğıcından etibarən 83 017 koronavirus infeksiyası qeydə alınıb, onlardan 78 307 nəfər sağalıb, 4634 nəfər ölüb.

Bu günə qədər 76 xəstə tibbi nəzarətdədir.

Mənbə: konkret.az