Özbəkistanda 63 yaşlı qadın koronavirusdan öldü

Özbəkistanda 63 yaşlı qadın koronavirusdan öldü

Özbəkistanda COVID-19-un 15-ci qurbanı 63 yaşlı Daşkənd sakini olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mayın 30-da Daşkənd Tibb Akademiyasının çoxşaxəli klinikasında 63 yaşlı Daşkənd sakini xəstəxanaya yerləşdirilib.

Xəstə süni nəfəs aparatına bağlanıb. Lakin göstərilən tibbi yardıma baxmayaraq, mayın 31-də ürək-ağciyər çatışmazlığından və kəskin beyin-damar xəstəliyindən ölüb.

Bundan əvvəl, bu qadın yanvar ayında da insult keçirib.

Mənbə: konkret.az