KİV: ABŞ-da aksiyalarda 4 mindən çox etirazçı saxlanılıb

ABŞ-da keçirilən etiraz aksiyalarında 4,1 min nəfər saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Saxlanılan etirazçılar soyğunçuluq yolu ilə talama, komendant saatı və ictimai asayişin pozulmasında ittiham olunurlar.

Bildirilib ki, artıq etiraz aksiyalarında on minlərlə insan iştirak edib.

Qeyd edək ki, afroamerikalı Corc Floyd polis zorakılığı nəticəsində öldürüldükdən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Oğlu əsgərlikdə ölən ata prezidentə müraciət etdi

SONRAKI XƏBƏR

Erməni politoloq: “Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil”