ABŞ-da etirazlar davam edir, şəhərlərdə xaosdu - Video

ABŞ-da etirazlar davam edir, şəhərlərdə xaosdu - Video

Eastnews.org-un verdiyi xəbərə görə, qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb.

Belə ki, Vaşinqton şəhərindəki etirazçılar Ağ Ev ətrafından kənarlaşdırıldıqdan sonra küçələrdə dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb.

Bundan əlavə etirazçılar Vaşinqtonun mərkəzində yerləşən ofis və ticarət evlərini dağıdıblar.

Yüzlərlə etirazçının "İ-street" küçəsi ilə Ağ Evə tərəf yenidən hərəkət etdiyi bildirilir. Polus Ağ Ev ətrafını etirazçılardan təmizləsə də aksiya iştirakçılarını təqib etmir.

Xatırladaq ki, ABŞ Milli Qvardiyasını ölkənin bir neçə ştatında şəhərlərə yeridib.

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org