Kanadada ilanların toy mərasimindən pul qazanırlar - Video

Kanadada ilanların toy mərasimindən pul qazanırlar - Video

Dünyada ilanların ən çox toplandığı yer Kanadanın Manitoba əyalətidir. Hər yaz Narsis şəhəri yaxınlığında on minlərlə ilan cütləşmə üçün toplanır. Mütəxəssilərin sözlərinə görə, ilanların toy mərasimində ən az 50 min ilan öz yuvasından çıxır.

Bizimyol.info-nun məlumatına görə, Narcisse Snake Dens bataqlığında baş tutan ilan toyu aprel- may aylarında olub, 1-3 həftə davam edir.

İlanlar hər dəfə 40-50 bala verirlər. Kanada hökuməti ərazidəki ilanların qorunmasına cəhd göstərir. Belə ki, ərazidən keçən avtomobil yolunun ilanlara zərər verməməsi üçün yolun altından ilanlar üçün tunel açılıb.

İlanların bu dərəcədə çox toplaşdığı baqa ərazilər də var. Məsələn Oklaxoma ştatı, Britinaiya Kolumbiyasındada ilanların “ şadlıq evi” yerləşir.

Thamnophis sirtalis parietalis növlü bu ilanlar xırda sürünənlərlə yanaşı, ayı kimi vəhşi heyvanlara belə hücum etsələr də, insanlar üçün təhlükəli deyillər. İlan toylarını seyr etmək üçün quraşdırılmış xüsusi platformalarda turistlər bu möhtəşəm mənzərəni seyr edə bilərlər. Başqa sözlə desək, Kanada ilan toyundan da turizm məqsədilə istifadə edir.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info