Meymunlar xəstəxanadan koronavrus xəstələrinin qan nümunələrini oğurladılar

Meymunlar xəstəxanadan koronavrus xəstələrinin qan nümunələrini oğurladılar

Hindisdanda meymunların oğurluğu təşvişə səbəb olub.Pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi xəstəxandan bir qrup meymun koronavirusa yoluxmuş xəstələrdən götürülmüş qan nümunələrini oğurlayıblar.

Bizimyol.info-nun məlumatına görə, hadisə ölkənin Uttar Pradeş əyalətindəki dövlət xəstəxanasında baş verib.

Oğurluq hadisəsi kameralara tuş gəldikdən sonra medianın diqqətini çəkib və ölkədə böyük səs- küyə səbəb olub. Daha sonra xəstəxana rəsmiləri hadisəni təsdiq edərək, həyəcana əsas olmadığını bildirib.

Xəstəxananın açıqlamasında bildirilir ki, “qan nümunələri bağlı qutularda saxlanılır, meymunlar qan nümunələri olan bağlı qutuları aparıblar. Xəstəxana yaxınlığında yaşayan insanların həyəcanlanmasına əsas yoxdur”.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info