Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqləndi

Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqləndi

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda koronavirusa 3 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, yoluxan şəxslər Mareti kəndində yaşayan bir ailənin üzvləridir.

Hazırda kənddə infeksiyanın mənbəyi və yoluxanların təmasda olduqları şəxslər müəyyən edilir.

İndiyədək Marneulidə COVID-19-a 31 yoluxma halı təsdiqlənib.

Qeyd edək ki, rayonda martın 23-dən mayın 18-dək sərt karantin rejimi tətbiq olunub.

Mənbə: report.az