Etirazlarda məxfi xidmət əməkdaşları xəsarət alıb

Etirazlarda məxfi xidmət əməkdaşları xəsarət alıb

Etirazlarda ABŞ-ın məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ-ın Vaşinqtondakı Gizli Xidmətinin 50-dən çox əməkdaşı Corc Floydun Minneapolisdə saxlanıldıqdan sonra ölümü ilə əlaqədar nümayişçilərlə toqquşmalarda xəsarət alıb.

Gizli xidmətlə yanaşı, federal marşallar və Milli Qvardiya da polisə və Milli Təhlükəsizlik Nazirliyinin işçilərinə kömək etməkdədir.

Mənbə: sia.az