Somalidə marşruta bombalı hücum: 10 ölü, 13 yaralı

Somalidə marşruta bombalı hücum: 10 ölü, 13 yaralı

Somalinin Ağaşı Şebelle bölgəsində mülki əhalini daşıyan marşruta bombalı hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bölgənin polis rəisi Hüseyn Abdi Əli məlumat verib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 13 nəfərinsə yaralandığını bildirib.

Hökumət szçüsü İsmail Muxtar Oronco isə yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və ölü sayının arta biləcəyini deyib.

Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb. Lakin Əş-Şərab Terror qruplaşmasının bölgədə tez-tez bu tip hadisələr törətdiyi deyilir.

 

Mənbə: qaynarinfo.az