Misir ordusu Sinayda 19 silahlını öldürüb

Misir ordusu Sinayda 19 silahlını öldürüb

Misir ordusu Sinay yarımadasının şimal hissəsində təhlükəsizlik əməliyyatları zamanı 19 silahlı şəxsi öldürüb. Ordu.az xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər Bir əl-Abed, Rafah və Şeyx Züveyid şəhərlərində baş verən basqınlarda və hücumlarda zərərsizləşdirilib.

Əməliyyatlar zamanı Misir ordusunun 5 hərbi qulluqçusu həlak olub.

 

Mənbə: ordu.az