Terrorçuların növbəti hücumu: 3 polis həlak oldu

Terrorçuların növbəti hücumu: 3 polis həlak oldu

Əfqanıstanın Hisarak rayonunda təhlükəsizlik qüvvələri ilə Taliban arasında atışma olub.

Axar.az xəbər verir ki, silahlı insident zamanı 3 polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

Nəngərhar Valisinin sözçüsü Ataullah Hoqyani qarşıdurma zamanı 16 Taliban silahlısının öldüyünü, 9-nun isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, hadisə ilə bağlı Taliban heç bir açıqlama yaymayıb.

Mənbə: axar.az