Millət vəkili evli sevgili ilə görüşmək üçün karantin qaydasını pozdu

Millət vəkili evli sevgili ilə görüşmək üçün karantin qaydasını pozdu

İngiltərədə İşçi partiyası millət vəkili Rosi Dafieldin evli sevgilisi ilə görüşmək üçün karantin qaydalarını pozduğu ortaya çıxıb.

Primetime.az xəbər verir ki, üzr istəmək məcburiyyətində olan Dafield eyni zamanda gələn sərt tənqidlərə görə vəzifəsindən istefa edib. Skandal isə "Daily Mail" qəzeti vasitəsilə ortaya çıxıb. Belə ki, Rosi Dafield aprel ayında evli rejissor ilə görüşərək "Beş saat boyunca gəzməsi" sualından sonra həqiqəti demək məcburiyyətində qalıb.

48 yaşlı millət vəkili özü və sevgilisinin "olduqca çətin olan bu vəziyyəti mümkün olduqca məsuliyyətli şəkildə keçirməyə" çalışdıqlarını söyləyib.

Mənbə: primetime.az