Yaponiyada ata 3 yaşlı oğlunu paltaryuyan maşının içinə kilidlədi

Yaponiyada ata 3 yaşlı oğlunu paltaryuyan maşının içinə kilidlədi

Yaponiyada dəhşətli hadisə qeydə alınıb.

Primetime.az xəbər verir ki, İbaraki əyalətində 3 yaşındakı oğluna şiddət göstərən şəxs həbs olunub. Polis mərkəzindən verilən məlumata görə, özəl bir şirkətdə işləyən 37 yaşlı Keniçi Hoşino həyat yoldaşı və 5 yaşlı qızı ilə həyətə çıxdığı üçün 3 yaşlı oğlunu paltaryuyan maşının içinə kilidləyib.

Övladını təxminən 90 dəqiqə boyunca paltaryuyan maşının içində saxlayan şəxs daha sonra təcili tibbi yardıma zəng edərək uşağın özünün xəbəri olmadan maşının içinə girdiyini və indi özünü yaxşı hiss etmədiyini söyləyib.

Xəstəxanaya yerləşdirilən uşaq su itkisi səbəbi ilə huşunu itirib. Şübhəli qismində saxlanılan Hoşino isə törətdiyi əməli qəbul edib. Oğluna zərər vermək niyyətində olmadığını vurğulayan ata həbs olunub.

Mənbə: primetime.az