2 yaşlı uşaq koronavirusa görə süni nəfəs aparatına qoşuldu

2 yaşlı uşaq koronavirusa görə süni nəfəs aparatına qoşuldu

Qazaxıstanın Uralsk şəhərində koronavirusu olan 2 yaşlı uşaq süni nəfəs aparatına qoşuldu.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Qərbi Qazaxıstan bölgəsinin səhiyyə şöbəsi yayıb.

Vilayətin baş həkimi Bolatbek Kayupovun sözlərinə görə, bölgədə süni ağciyər havalandırma aparatında üç koronavirus xəstəsi var:

“İki xəstə 68 və 79 yaşlarındadır. Biri isə 2 yaşlı uşaqdır. Onun vəziyyəti ağırdır”.

Pandemiyanın başlandığı gündən bəri Qərbi Qazaxıstan bölgəsində ümumilikdə 665 yoluxma hadisəsi qeydə alınıb, onlardan 44-ü son gündə yoluxub, bir rayon sakini koronavirusun qurbanı olub.

Mənbə: konkret.az