Şəkinin ayı qonağı Xızıdakı mərkəzdə

Şəkinin ayı qonağı Xızıdakı mərkəzdə

Mayın 31-i səhər saat 4 radələrində Şəki şəhərinin küçələrində görünən qonur ayı Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin köməgilə Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına çatdırılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün səhər tezdən qonur ayı mərkəzə yerləşdirilib. Mərkəzə qəbul zamanı onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Əldə etdiyimiz məlumata görə, ayının vəziyyəti çox normaldır və mərkəzdə ayının vəhşi təbiətə qaytarılmasl üçün nəzərdə tutulan müalicə və bərpa tədbirlərinə başlanılıb. Ayı burada uzunmüddətli müalicə kursundan sonra azad həyata-vəhşi təbiətin qoynuna buraxılacaq.

Ayı Şəki küçələrində

Mənbə: istipress.com