Kiyevdə naməlum şəxs körpünü partlatmaqla HƏDƏLƏDİ

Kiyevdə naməlum şəxs körpünü partlatmaqla HƏDƏLƏDİ

Ukraynanın paytaxtı Kiyevdə bir nəfər “Metro” körpüsünü partlatmaqla hədələyib.

Cebhe.info xəbər verir ki, Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Kiyevdəki “Metro” körpüsünə gedən şəxs əlində bomba olduğunu söyləyərək körpünü partlatmaqla hədələyib.

Polisə məlumat verən şahidlər təcavüzkarın əlində bir paket və idarə pultu olduğunu bildiriblər.

Ukrayna polisinin verdiyi açıqlamaya görə, körpü bomba təhlükəsi səbəbi ilə bağlanıb. Həmçinin bəzi metro stansiyaları da fəaliyyətini dayandırıb. Polisin təcavüzkarın tutulması üçün xüsusi bir əməliyyat başlatdığı açıqlanıb.

Xatırladaq ki, 18 sentyabr 2019-cu ildə də bir nəfərin “Metro” körpüsünü partlatmaqla hədələdiyi qorxulu anlar yaşanıb. Ətrafa atəş açan şəxs polisin təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info