Yasamalda tanışını bıçaqlayan şəxs HAKİM QARŞISINDA

Yasamalda tanışını bıçaqlayan şəxs HAKİM QARŞISINDA

Yasamal rayonunda tanışını bıçaqlamaqda təqsirli bilinən Cümşüd Abdullayevin cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Ölkə.Az" xəbər verir ki, iş üzrə məhkəmə hazırlıq iclası hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə baxış iclası iyun ayının 9-na təyin olunub.

Qeyd edək ki, hadisə Yasamal rayonunun Yeni Yasamal ərazisində baş verib.

1979-cu il təvəllüdlü Emilli Bəxtiyar Ağayar oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o bıçaqlanaraq ağır xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış nəticəsində hadisəni törədən 1972-ci il təvəllüdlü Abdullayev Cümşüd Süleyman oğlu saxlanılıb.

Mənbə: olke.az