Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb

Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb

Abşeron rayonunda kişi naməlum şəraitdə bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

"Gənclər şəhərciyi"ndə 1970-ci il təvəllüdlü Hüseynov Vidadi Məhərrəm oğlu binanın dəhlizində bıçaq xəsarətləri alıb. Yaralı boyun nahiyəsinin kəsilmiş-deşilmiş xəsarərləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: apa.az