Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 2600-ü keçib

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 2600-ü keçib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 71 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2624-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 414 878 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 9035 nəfər bu virusa yoluxub, 162 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4855 nəfərdir, indiyədək 175 877 nəfər sağalıb.

Mənbə: apa.az