Bakıda qadın sürücü qəza törətdi, xəsarət aldı

Bakıda qadın sürücü qəza törətdi, xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, mopedin 28 yaşlı sürücüsü Qasımova Günay Ərəstun qızı idarəetməni itirib. Nəticədə o, xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. /Report

Mənbə: yenisabah.az