Azərbaycan-Gürcüstan magistral yolu BAĞLANDI

Laqodehi şəhərində (Kaxeti regionu) suyun yeni ödəniş qaydalarından narazı olan əhali Azərbaycanla Gürcüstanı birləşdirən əsas magistral yolu bağlayıblar.

Publika.az 24News.ge-yə istinadla xəbər verir ki, yerli sakinlər içməli suya sayğacın qoyulmasına etiraz ediblər.

Onlar bildiriblər ki, əhaliyə verilən su içməyə yarasızdır və üstəlik su pulu üçün sayğac da quraşdırılıb:

“Bizə verilən su hazırda kirli və sağlamlığımız üçün təhlükəlidir. Həmçinin suyun ödənişinin sayağaca əsasən deyil, əvvəlki kimi hər bir insana aylıq 50 qəpik ödəmə sitemi halında olmasını tələb edirik. Əks təqdirdə biz bu pulu ödəyə bilməyəcəyik, çünkü suyun 1 tonuna 0.42 qəpik tələb edirlər”, - deyə aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, Laqodexidə yerli sakinlər dünən də etiraz aksiyası keçiriblər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Kukla Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb

SONRAKI XƏBƏR

İyunun 4-dən etibarən Türkiyədə ölkədaxili aviareyslər tam bərpa olunur