Tovuzda piyadadan yayınan sürücü qəza törətdi - FOTO

Tovuzda piyadadan yayınan sürücü qəza törətdi - FOTO

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb. Avtomobilin sürücüsü Elmar Cəbrayılov piyadanı vurmamaq üçün əyləcdən istifadə edib və idarəetmədən çıxan avtomobil yol kənarındakı işıq dirəyinə dəyərək səkiyə çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Faktla baglı araşdırma aparılır.

Mənbə: lent.az