Türkiyədə jandarma avtomobili uçuruma düşdü, ölənlər var

Türkiyədə jandarma avtomobili uçuruma düşdü, ölənlər var

Bakı. Trend:

Türkiyədə zirehli avtomobil ağır yol qəzasına uğrayıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə Siirtdə, Doğanköy ərazisində baş verib.

Məlumata əsasən, içində jandarmaları daşıyan zirehli avtomobil idarəetməni itirərək uçuruma yuvarlanıb. Qəzada avtomobildə olan 8 nəfər xəsarət alıb.

Yaralılar helikopterlərlə Siirt Dövlət Xəstəxanasına çatdırılsada, iki jandarmanın həyatını xilas etmək olmayıb.

Mənbə: az.trend.az