Azyaşlını vurmamaq üçün avtomobili ilə qəza törətdi - FOTO

Azyaşlını vurmamaq üçün avtomobili ilə qəza törətdi - FOTO

Tovuz rayonunda sürücü idarəetməni itirərək avtomobilini işıq dirəyinə çırpıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Elmar Cəbrayılov idarə etdiyi "VAZ 2107" markalı avtomobili işıq dirəyinə çırpıb. Sürücü müxtəlif bədən xəsarətləri alsa da vəziyyəti stabildir.

İlkin məlumata əsasən, maşın hərəkətdə olarkən qarşısına azyaşlı çıxıb və uşağa xəsarət yetirməmək üçün sürücü idarəetməni itirib.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: sia.az