ABŞ-da "COVID-19"a yoluxanların sayı 1,8 milyonu ötüb

ABŞ-da "COVID-19"a yoluxanların sayı 1,8 milyonu ötüb

ABŞ-da son 24 saat ərzində koronavirusa yoluxan 718 insan dünyasını dəyişib.

REAL xəbər verir ki, bu barədə Cons Hopkins universiteti məlumat yayıb.

Qeyd olunub ki, ölkədə son sutkada 18,937 yeni yoluxma, 718 ölüm halı qeydə alınıb.

Hazırda ölkədə 1,809,109 nəfərdə koronavurs infeksiyası aşkar edilib, 105 min 099 nəfər isə pandemiyanın qurbanı olub.

 

Mənbə: www.realtv.az