ABŞ şokda: hərbi bazaya hücum - ölənlər var

ABŞ şokda: hərbi bazaya hücum - ölənlər var

ABŞ-ın Şimali Dakota ştatında hərbi bazaya hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, saat 4:30 radələrində Qrand Forks Hava Qüvvələri bazasına açılan atəş nəticəsində 2 hərbçi həyatını itirib.

Rəsmi açıqlamada vəziyyətin nəzarət altına alındığı bildirilib. Hücum edən şəxslərin saxlanılıb-saxlanılmadığı barədə açıqlama verilməyib.

Mənbə: teleqraf.com