Masallıda avtomobil kanala aşıb, ölən var

Masallıda avtomobil kanala aşıb, ölən var

Masallı rayonunun Ərçivan kəndində "LADA" markalı minik avtomobilinin yol kənarındakı su kanalına aşıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: apa.az