Bakıda zəncirvari qəza tıxaca səbəb oldu

Bakıda zəncirvari qəza tıxaca səbəb oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Moskva prospektində qeydə alınıb. Ara məsafəsi saxlamayan yük maşını qarşıda gedən minik avtomobilinə, o isə özündən əvvəlkinə çırpılıb.

Üç avtomobilin toqquşması səbəbindən sözügedən prospektdə avtomobillərin sıxlığı müşahidə olunur.

Mənbə: az.trend.az