Bakıda "Mall"dan oğurluq edildi

Bakıda "Mall"dan oğurluq edildi

Bakıda marketlərdən və ticarət mərkəzindən oğurluq olub.

Lent.az -ın məlumatına görə, mayın 18-də günorta saatlarında Nəsimi rayonu Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, mayın 20-də "Bolmart"-dan 68 manat dəyərində spirtli içki oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci maddəsilə məhkum olunmuş 33 yaşlı Kamil Həsənov saxlanılıb.

Həmçinin K.Həsənov mayın 30-da 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçinin onu gördüyü və əlindəki içkiləri yerə atdığı bildirilir. Bu zaman içkilərdən birinin sındığı və 329 manat ziyan vurduğu qeyd olunur.

Mənbə: lent.az