Nyu-Yorkda komendant saatı uzadıldı

Nyu-Yorkda komendant saatı bir gün daha uzadılıb.

TASS bu barədə meqapolisin meri Bill de Blasionun “Twitter”də yazdığı açıqlamaya istinadla xəbər yayıb.

“Hazırkı etirazlarda məna və güc var. Ancaq qaranlıqda bir qrup insan etiraz nümayişlərindən zorakılığı qızışdırmaq və əmlakı məhv etmək üçün istifadə edir. Bizim əsas prioritetimiz insanların təhlükəsizliyini təmin etməkdir.

Buna görə komendant saatını uzadacağam. Çərşənbə axşamı, saat 20:00-da başlayacaq (Bakı vaxtı ilə 04:00, çərşənbə günü)”, - deyə De Blasio yazıb.

İyunun 1-i, saat 23:00-dan iyunda 2-si, 05:00-dək mer şəhərdə komendant saatı tətbiq olunduğunu elan edib. Qaydanı pozanları üç aya qədər həbs cəzası, həmçinin, 500 dollaradək cərimə gözləyir.

Nyu-York Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, son bir gündə şəhərdə etiraz aksiyaları və iğtişaşlar zamanı 250-dən çox insan nəzarətə götürülüb. Yeddi hüquq-mühafizə işçisi yaralanıb, 11 polis maşınına zərər dəyib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ...

SONRAKI XƏBƏR

ABŞ-da etiraz yox, terrorizm baş verir - Tramp