Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, N. Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırmalar davam etdirilir.

Mənbə: apa.az